Wn/az/Vikixəbər:Münasiblik

< Wn‎ | az
Wn > az > Vikixəbər:Münasiblik

Hər bir Vikixəbər məqaləsi bir xəbər hadisəsini əhatə edir. Bizim hansısa bir hadisənin əhatə olunub-olunmaması üçün əsas meyarımız onun işıqlandırılmağa dəyər olmasıdır.

Vikixəbər, qısaca, etibarlı və öndəgedən mənbələrin paylaşacağı xəbərləri yayımlamağa çalışır. Buna baxmayaraq, Vikixəbər öz standartlarına malik müstəqil bir layihədir. Vikixəbərin əhatə dairəsi qlobaldır və biz lokal və qlobal olmasına baxmayaraq, etibarlı KİV-də əhatə olunmamış hadisələri də əhatə edirik. Buna görə də biz Vikipediyanın ensiklopediklik qaydalarında olduğu kimi dəqiq meyarlar əlavə edə bilmərik. Biz münasiblik qaydalarımız müxtəlif formalarda olan materialları xoş qarşılamalıdır.

Bəs "münasiblik" nədir? İşıqlandırılmağa münasib olan hadisələr bu üç tələbi qarşılamalıdır – konkretlik, uyğunluq və yenicə baş vermək.

Konkretlik edit

Hər bir xəbər məqaləsi başlığınınpreambulasının açıq şəkildə başa salacağı hansısa bir konkret mövzunu əhatə edir. Əgər bir xəbər məqaləsinin mövzusu haqda hansısa bir yenilik baş veribsə, yeni bir məqalə yaratmaq yerinə həmin məqaləyə əlavə məzmun artıra bilərsiniz. Bir zəlzələ konkretdir, materiklərin dreyfi isə yox. Buna baxmayaraq, materiklərin dreyfi barədə aparılan bir araşdırma isə konkret bir hadisədir.

Bir məqalə öz konkret mövzusunun daxil olduğu daha böyük bir mövzunu da əhatə edə bilər. Məqalənin bədəni diqqət mərkəzindən kənara çıxa bilər, diqqət mərkəzinin detallarını və zəminini açıqlaya bilər, ancaq yenə də diqqət mərkəzilə əlaqədar olmalıdır. Bu diqqət mərkəzindən bəhs edən bir məqalə yaradıb sonra isə məqalənin ortasında əlaqəsiz bir mövzu haqda məlumat verməyin. Diqqət mərkəzi daha böyük bir mövzunun da kontekstində ola bilər. Məsəlüçün:

Uyğunluq edit

İstifadəçilər nəyin "uyğun" olduğu barədə fərqli-fərqli fikirlərə malik ola bilərlər, fəqət hansısa bir hadisənin ümumiyyətcə uyğun hesab edilib-edilməməsini müəyyənləşdirmək üçün bəzi meyarlar:

  • Hadisə neçə nəfərə təsir edir? Bu hadisəni neçə nəfər uyğun hesab edər? Əgər cavabımız bir neçə yüz və ya daha azdırsa, yəqin ki, bu hadisə işıqlandırılmağa layiq deyil.
  • Hadisə etibarlı, öndəgedən və başlıca KİV-də əhatə olunur? Əgər olmursa, bu, hadisənin o qədər də önəmli olmadığına bir əlamətdir, ancaq həmişə yox. Əgər hansısa bir hadisə çoxlu xəbər mənbəsi tərəfindən işıqlandırılbsa, bu o demək deyil ki, həmin hadisə bizim standartlarımıza uyğun olaraq, konkret işıqlandırılmağa layiqdir. Bu cür hallarda istifadəçilər yuxarıdakı meyarlara da nəzər yetirə bilərlər.

Avtomobil qəzası sınağı edit

Məqalənin münasib olub-olmamasını yoxlamaq üçün yaxşı bir sınaq lokal bir qəzetdə əhatə olunacaq kiçik bir avtomobil qəzasıdır. Bu, işıqlandırılmağa layiq olan ən kiçik xəbər növüdür. Əgər müəyyən bir hadisə bundan da kiçikdirsə, deməli bu hadisə Vikixəbər üçün münasib deyil.

Vikimedia istisnası edit

Tarixən Vikixəbər Vikimedia Fondunun digər layihələri barədə də xəbərlər yayımlayıb. Vikipediya kimi qardaş layihələr barədə olan hekayələr qadağa olunmayıb, ancaq bu mövzuların da bir həddi var. Münasib olan məqalələrə bəzi nümunələr:

Yenicə baş vermək edit

Bir Vikixəbər məqaləsinin diqqət mərkəzi məqalənin yayımlandığı vaxtda yenicə baş verməsidir.

Yayımlanmamış bir məqalə iki və ya üç gündən sonra münasibliyini itirir, ancaq buna iki istisna var. Birincisi, hadisə haqda olan yeni məlumatların növbəti günlərdə işıqlandırılması, ikincisi isə orijinal jurnalistikaya aid məqalələrdir.

Yeni məlumatlar edit

Əgər hansısa bir hadisə son yeddi gündə baş veribsə, ancaq hadisə ilə əlaqədar yeni məlumatlar son iki və ya üç gündə işıqlandırılbsa məqalə Vikixəbər standartlarına görə münasibdir. Əksər hallarda yeni məlumatlar məqalənin başlığının və preambulasının dəyişdirilməsini tələb edir. Yeniliklərə görə məzmunu dəyişmiş məqalələrə bəzi nümunələr:

Orijinal jurnalistika edit

Orijinal materiallar da bu meyara müsbət təsir göstərə bilər. Eksklüziv məzmunlarda həmin məzmunların təbiətindən asılı olaraq, bu meyarın müddəti bir həftəyə qədər artırılır. Qeyd edək ki, bu tip məqalələrin təcrübəli istifadəçilər tərəfindən hazırlanmağı tövsiyyə olunur.

Xəbərə çevrilmək edit

Bəzən orijinal materialın özü də bir hadisəyə çevrilə bilər. Bu, hansısa önəmli bir şəxslə keçirilən eksklüziv bir müsahibə və ya Vikixəbərə özəl verilmiş məlumatlar ola bilər. Bunun da yeniliyini itirməsi ehtimalı var, ancaq tələb olunan vaxt müddəti bir həftəyə qədər artırılır.