13 fevral 2019, Çərşənbə
- 2 April 2019: Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
- 11 March 2019: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 1 March 2019: Wn/az/İranda zəlzələ baş verib
- 13 February 2019: Wn/az/İranda İİKK avtobusu partladılıb
- 16 January 2019: Wn/az/İran deputatı Məkkə ziyarətini boykot edir
İranın dövlət KİV-lərinin verdiyi məlumata görə, 13 fevral 2019-cu il tarixində İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusu qarşı terror törədilib. Terror hadisəsi İranın Pakistanla olan sərhədinə yaxın yerləşən Zahidan ilə Xaş şəhərləri arasında səyahət edən bir İİKK avtobusunda baş verib. İlkin məlumata görə, terrorçuların törətdiyi partlayış nəticəsində korpusun azı 20 hərbçisi həlak olub, 20-si yaralanıb.
Növbəti gün, "Fars" informasiya agentliyi terror hadisəsi nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığını və onların yarısının mülki şəxslər olduğu açıqlayıb. Buna baxmayaraq, "Reuters" xəbər təşkilatının "Fars" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, ölənlərin sayı 27-yə çatıb. Terror hadisəsi bu cür baş verib: partlayıcı qurğularla dolu bir nəqliyyat vasitəsindən istifadə edən intihar bombaçısı istifadə etdiyi nəqliyyat vasitəsini İİKK hərbi qulluqçularıyla dolu bir avtobusa doğru sürüb. Yaralananların sayı – 13 nəfər. "Fars" informasiya agentliyi tərəfindən paylaşılan video hadisə yerində – avtomobil yolunda qan və xarabalıqların olduğunu göstərir. Avtobus darmağın olmuş, qıvrılmış dəmir yığınına çevrilmişdi.
Sünni terror qruplaşması "Cayş əl-Ədl" (Ədalət ordusu) məsuliyyəti üzərinə götürüb. Bu terror qruplaşması 26 aprel 2017-ci ildə ən azı 9 İran sərhəd mühafizəçisinin ölümüylə nəticələn bir pusqunun məsulu olduğunu iddia etmişdi.
İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif terror hadisəsinin ABŞ-ın rəhbərliyi ilə Polşanın paytaxtı Varşava şəhərində Orta Şərqin coğrafi siyasəti barədə keçirilən görüşlə əlaqədar olduğunu iddia edib. Zərif öz şəxsi "Twitter" hesabından yazıb: “(heşteq)Varşava sirki başladığı gün İranın terrora uğraması bir təsadüfdür? Xüsusilə də həmin terrorçuların koqortaları onu Varşava küçələrində qeyd edərkən və "Twitter" botları ilə dəstəkləyərkən?”
İslam İnqilabı Keşikçiləri Korpusu İranın ən güclü hərbi qulluqçularından ibarət bir hərbi birləşmədir və birbaşa Ali Lideri Ayatolla Əli Xameneiyin rəhbərliyi altındadır. Korpusda təxminən 125.000 nəfər xidmət göstərir. Korpus üç yerə bölünür quru, dəniz və hava.
Mənbə
edit- حمله تروریستی به اتوبوس کارکنان سپاه در سیستان و بلوچستان + فیلم — Fars İnformasiya Agentliyi, 14 fevral 2019
- Report: At least 41 killed in Iran bombing on Revolutionary Guard personnel bus — Əl-Ərabiya, 13 fevral 2019
- İranda avtobus partladıldı – 20 hərbçi öldü, 20-si yaralandı — Bizimyol.info, 13 fevral 2019
- Iran suicide bombing 'kills 20 Revolutionary Guards' — BBC, 13 fevral 2019
- At least 20 IRGC personnel killed in Iran suicide bombing — Egypt Today, 13 fevral 2019
- Jaish al Adl militant group claims responsibility for attack against Iran's Revolutionary Guards: Fars news — Reuters, 14 fevral 2019
- 27 members of Iran's elite Revolutionary Guards killed in suicide bombing — NBC News, 14 fevral 2019
- The Latest: Iran FM links bus bombing to Warsaw meeting — The Washington Post, 14 fevral 2019
- Tomas Erdbrink. Iran Suicide Bombing Kills 27 Revolutionary Guards — The New York Times, 14 fevral 2019
- İranda partlayışda ölənlərin sayı 41 oldu - Foto+Yenilənib — Qafqazinfo.az, 14 fevral 2019
- Pakistan condemns terrorist attack against Iranian border guards — İRİA, 27 aprel 2017