11 mart 2019, Bazar ertəsi
- 10 May 2019: Wn/az/Suriya Silahlı Qüvvələri Kalat-əl-Mudik şəhərinin nəzarətini ASO-dan alıb
- 7 May 2019: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 7 May 2019: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 11 March 2019: Wn/az/Suriyanın Əl-Bağuz Fəvkani qəsəbəsində döyüşlər baş verib
- 5 March 2019: Wn/az/Suriyanın Kəlcibrin kəndində ASO və XQB arasında döyüşlər baş verib (mart 2019)
ABŞ-ın dəstəklədiyi Xalq Qoruma Birlikləri (XQB) Suriyanın Deyr əz-Zor mühafəzəsi ərazisində yerləşən Əl-Bağuz Fəvkani qəsəbəsinə hücum edib. İraq Şam İslam Dövlətinin (İŞİD) formalaşdığı dövrdə ilk alınan qəsəbələrdən biri olan Əl-Bağuz Fəvkanidə əməliyyatlar 9 fevral 2019-cu ildə başlayıb. Qəsəbə İŞİD döyüşçülərinin son mövqelərindən biridir. Əməliyyata 15.000-ə yaxın XQB əsgəri cəlb olunub. Əlavə olaraq, ABŞ, Fransa və Böyük Britaniya əməliyyata havadan və artilleriya dəstəyi verib. XQB komandirlərinin verdiyi məlumata görə, qəsəbədə təqribən 3.000 İŞİD döyüşçüsü var.
Ağır havadan və artilleriya zərbələrindən sonra 1 mart 2019-cu il tarixində koalisiya qüvvələri "sayca az olan mülki şəxslərin əsir olaraq saxlanılmasına görə" hücumlarını yavaşlatmalı oldular.
4 mart 2019-cu ildə 3.000 nəfər, növbəti gün isə daha 3.500 nəfər qəsəbədən çıxarılmışdır. Çıxarılanların 500-ü təslim olan İŞİD döyüşçüləri idi.
"Reuters" informasiya agentliyinin verdiyi məlumata görə, 6 mart 2019-cu il tarixində daha 2.000 nəfər qəsəbəni tərk etmişdir.
XQB Mətbuat Ofisinin başçısı Mustafa Balinin verdiyi məlumata görə, fevral ayında 4.000-dən çox İŞİD döyüşçüsü təslim olmuşdur. Həmçinin, İŞİD-in əsr götürdüyü 5 XQB əsgəri də xilas edilmişdir. Onun dediyinə görə, 9 mart 2019-cu il tarixindən bəri qəsəbəni tərk edən olmamışdır.
Mənbə
edit- SDF attack Islamic State group's Syria enclave Baghuz — BBC News, 10 mart 2019
- Coşua Nevett, Henri Holluey. SAS commandos join final battle to destroy ISIS as ‘lots of British women’ flee war zone — Daily Star, 16 fevral 2019
- US-backed Fighters Launch Final Push to Defeat IS in Syria — Voice of America, 9 fevral 2019
- Ben Vedeman, Con Kroft. Heavy fighting reported as US-backed forces attack last ISIS stronghold in Syria — CNN, 11 mart 2019
- عاجل: قوات سوريا الديمقراطية تطلق معركتها الأخيرة — SDF Press, 9 fevral 2019
- Rodi Səid. More civilians leave Islamic State's Syria enclave, delaying final assault — Reuters, 9 mart 2019
- @mustefabali Baquaz — Twitter, 10 mart 2019