Wn/az/Avstraliyanın Kvinslend ştatında daşqınlar baş verib (2019)

< Wn | az
Wn > az > Avstraliyanın Kvinslend ştatında daşqınlar baş verib (2019)

12 fevral 2019, Çərşənbə axşamı

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında şiddətli daşqınlar baş verib. 2019-cu ilin yanvar ayında ərazidə yaşayan minlərlə sakinə "görünməmiş daşqınla" bağlı xəbərdarlıq edilib. Bundan əvvəl rəsmilər xəbərdarlıq etmişdilər ki, 20 minədək evi su basa bilər. Taunsvill şəhərinə cəmi bir həftə ərzində suyun qalınlığı bir metr həcmində leysan yağışlar yağıb. Bu isə ilin bu vaxtı üçün nəzərdə tutulan orta yağıntı normasından 20 dəfə çoxdur. Daşqının təsirinə minlərlə sakin məruz qalıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib, digər ərazilər yolların su altında qaldığından təcrid olunmuş vəziyyətə düşüblər. İnsanları xilas etmək üçün Avtraliya Silahlı Qüvvələri səfərbər olunub.

2019-cu ilin fevral ayında daşqınlara görə yaranan meliodoz xəstəliyindən əziyyət çəkən bir şəhər sakini vəfat etmişdir. Taunsvill şəhərinin səhiyyə şöbəsi daha bir neçə şəxsin də meliodoz xəstəliyinə görə xəstəxanalara gətirildiyini açıqlayıb. Taunsvill şəhərinin səhiyyə şöbəsinin direktoru Culi Madd vəziyyət barədə "hal-hazırda 10 təsqidlənmiş xəstə var ki, onların biri vəfat edib" demişdir.

Kvinslend Yanğın və Fövqaladə Hallar Xidməti minlərlə Ştat Fövqaladə Hallar Xidməti (ŞFHX; State Emergency Service, SES) könüllülərinin Taunsvill şəhərinə əhaliyə yardım göstərmək üçün getdiyini açıqlamışdır. Bu arada, Kvinslend polisi dövlət işçilərinin Meksuelton şəhərində gerçəkləşən daşqınlarda sakin Dez Smiti xilas etdiyini bəyan etmişdir. 79 yaşlı Dez Smit yeriyə bilmirdi və arabadan istifadə edirdi. Buna görə də bir polis işçisi Dez Smiti yaxınlıqlardakı bir dəmir yolunda gözləyən helikopterə öz qucağında daşımalı oldu.

Şimali Kvinslend bölgəsinin tropik iqlimi olduğundan musson yağışlar burada dekabr ayından aprelədək davam edir, lakin Taunsvill şəhərindəki kimi vəziyyət olduqca nadir hallarda müşahidə edilir. Bu arada isə, Avstraliyanın bəzi cənub hissələri güclü quraqlığa məruz qalıb.

Mənbə

edit