Wy/az/Türkmənistan

< Wy‎ | az
Wy > az > Türkmənistan

Türkmənistan (türkməncə: Türkmenistan) — Mərkəzi Asiyada unitar dövlət. Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Qazaxıstan, Özbəkistan, Əfqanıstan, İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə isə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 491,210 kvadrat kilometrdir. Türkmənistan 27 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir.

Türkmənistan vilayətləri: 1. Ahal 2. Balkan 3. Daşoğuz 4. Lebap 5. Marı[1]

İstinadlar edit

  1. Türkmenistanyň Statistika baradaky döwlet komiteti: 2014-nji ýylyň 1-nji ýanwary ýagdaýyna Türkmenistanyň sebitler boýunça administratiw-çäkleýin bölünişi