Wy/az/İran

< Wy | az
Wy > az > İran

İran və ya İran İslam Respublikası — Qərbi Asiyada dövlət. 83 milyon nəfər əhalisi ilə dünyanın ən çox əhalisi olan 18-ci ölkəsi olan İran[6], 1,648,195 km² quru ərazisi ilə sahəsinin böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında isə 17-ci yerdə qərarlaşmışdır. İran şimal-qərbdən Ermənistan və Azərbaycan Respublikası, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır.[7] Tehran ölkənin paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, həmçinin İranın aparıcı iqtisadi və mədəni mərkəzi hesab olunur. İran Konstitusiyasının XII maddəsinə əsasən ölkənin rəsmi dini - İslam, rəsmi məzhəbi isə İsna əşəriyyədir.

Zəngin mədəni irsə sahib olan İran UNESCO-nun Ümumdünya irsi siyahısında 22 mədəni mirasa sahibdir. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir. İran müxtəlif etnik və linqvistik qrupların yaşadığı ölkədir. Ölkə ərazisində yaşayan ən böyük etnik qruplar farslar, azərbaycanlılar, kürdlər və lurlardır.

İnzibati ərazi bölgüsü

edit

İstinadlar

edit