Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция) — Şimali Avrasiyada bir böyük ölkədir. Rəhbərlik şəkli federal yarı prezidentlik tipli respublikadır. Şimal-qərbdən cənub-şərqə Rusiya, Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həmsərhəddir. Dəniz sərhədi olaraq isə Oxot Dənizindən Yaponiya ilə, Berinq Boğazından isə ABŞ ştatı olan Alyaska ilə də qonşudur. 17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Rusiya eyni zamanda 2014 ili etibarı ilə 144 milyon əhalisi ilə dünyanın ən sıx əhalili doqquzuncu ölkəsidir. Bütöv şimali Asiyanın və Şərqi Avropanın böyük bir qisminə uzanan Rusiya, doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif relyef və iqlimə malikdir.
İnzibati ərazi bölgüsü
editRusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhat
- Adıgey Respublikası
- Altay Respublikası
- Başqırdıstan Respublikası
- Buryatiya Respublikası
- Dağıstan Respublikası
- İnquşetiya Respublikası
- Kabarda-Balkariya Respublikası
- Kalmıkiya Respublikası
- Qaraçay-Çerkesiya Respublikası
- Kareliya Respublikası
- Komi Respublikası
- Mari El Respublikası
- Mordoviya Respublikası
İstinadlar
edit