Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Ümumi sahəsi 2,724,900 kvadrat kilometrdir. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara sahibdir. Paytaxtı 1997-ci ildən bəri Nur-Sultan (keçmiş adı ilə Astana) şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı Almatı şəhəri olmuşdur. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır.
Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır.[1] Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir.[2] Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir.
İnzibati ərazi bölgüsü
editQazaxıstan Respublikası 14 əyalətə (Karaqanda, Akmoli, Aktobe, Almatı, Şimkent, Qızılorda, Jambul, Pavlodar, Kostanay, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan, Cənubi Qazaxıstan, Qərbi Qazaxıstan və Manqıstau), iki əyalət statusunda şəhərə (paytaxt Nur-Sultan və ölkənin ən böyük şəhəri olan Almatı), 83 şəhərə (o cümlədən, RF-nin federal əhəmiyyətli Baykonur şəhərinə [3].), 160 yaşayış məntəqəsinə, 200 qəsəbəyə, 7743 kəndə bölünür [4].
İstinadlar
edit- ↑ Перепись населения Республики Казахстан 2009 года. Краткие итоги. (Census for the Republic of Kazakhstan 2009. Short Summary) (Russian) (PDF). Republic of Kazakhstan Statistical Agency. Orijinal mənbədən 12 dekabr 2010 tarixində arxivləşdirilib. Yoxlanılıb 25 avqust 2018.
- ↑ The results of the national population census in 2009. Agency of Statistics of the Republic of Kazakhstan (12 noyabr 2010). Orijinal mənbədən 22 iyul 2011 tarixində arxivləşdirilib. Yoxlanılıb 25 avqust 2018.
- ↑ Международное Соглашение между Российской Федерацией и Республикой Казахстан о статусе города Байконур, порядке формирования и статусе его органов исполнительной власти от 23 декабря 1995 года, статья 1, пункт 1. Субъектом Российской Федерации не является. Система городского управления определяется статьей 5 Соглашения между Российской Федерацией и Республикой Казахстан о статусе города Байконур, порядке формирования и статусе его органов исполнительной власти от 23 декабря 2005 г. (см.Байконур)
- ↑ Географическое положение, природные условия