Sentyabrın 2-də Yaponiyanın xarici işlər naziri Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb.
- 17 February 2025: Wn/az/Yaponiya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri şəhər şəraitində döyüş təlimləri keçiriblər
- 17 February 2025: Wn/az/Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
- 17 February 2025: Wn/az/Yaponiya Putinin sülh təklifini rədd etdi
- 17 February 2025: Wn/az/Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb
- 17 February 2025: Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir səfərə Tokio yaxınlığındakı Narita aeroportundan yollanıb.
T.Kono son 19 ildə Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.
Səfər zamanı T.Kono Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək barədə müzakirələr aparmaq niyyətindədir. Səfərə yola düşməzdən əvvəl nazir deyib ki, Asiya ilə Avropa arasında yerləşən bu ölkələr mühüm geosiyasi mövqeyə malikdirlər.
Almaniyada isə T.Kono bu ölkənin Federal Kansleri Angela Merkellə görüşəcək. Nazir ümid edir ki, ABŞ ilə Çin arasında ticari qarşıdurmanın gücləndiyi bir vaxtda Almaniya Yaponiya ilə azad ticarətin saxlanması üçün əməkdaşlığı davam etdirəcək.
Mənbə
edit