Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb

< Wn‎ | az
Wn > az > Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Olimpiya məşəli

Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci ildə baş vermiş zəlzələ və sunami faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq.

Olimpiya məşəli Yaponiyada 121 gün gəzdiriləcək.

Mənbə edit