Wn/az/Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.
- 17 February 2025: Wn/az/Yaponiya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri şəhər şəraitində döyüş təlimləri keçiriblər
- 17 February 2025: Wn/az/Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
- 17 February 2025: Wn/az/Yaponiya Putinin sülh təklifini rədd etdi
- 17 February 2025: Wn/az/Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb
- 17 February 2025: Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb

JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar MINERVA-II-1 nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.
Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, Hayabusa-2 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.
Nəqliyyat vasitələrinin asteroidə göndərilməsində məqsəd həm sınaqların keçirilməsi, həm də onun səthindən fotoların çəkilərək Yerə göndərilməsidir. Asteroidə növbəti robotlaşdırılmış nəqliyyat vasitələrinin oktyabrda göndərilməsi planlaşdırılır. Hayabusa-2 kosmik zondunun göyərtəsində daha iki nəqliyyat vasitəsinin olduğu bildirilir.
Mənbə
edit