Wn/az/Polşalılar mərhum prezidentin xatirəsini yad edir

< Wn | az
Wn > az > Polşalılar mərhum prezidentin xatirəsini yad edir

11 aprel 2011, Bazar ertəsi

Polşada prezident Lex Kaçinski və 95 nəfər hökumət işçisinin təyyarə qəzasında həlak olmasının birinci ildönümü anılır.

Səhər saat 8:41-də məşum hadisəni polşalılar bir dəqiqəlik sükutla qeyd ediblər. Ölkənin liderləri paytaxt Vaşavada düzənlənən xatirə mərasiminə qatılıblar.

Prezident Kaçinskinin təyyarəsi Rusiyanın Smolensk şəhəri yaxınlığında yerə dəyib. Qəza baş verməzdən öncə pilotlar qatı dumanlı hava şəraitində təyyarəni aeroporta endirməyə çalışırdılar.

Siyasi parçalanmanın əlaməti olaraq mərhum prezidentin qardaşı Yaroslav Kaçinski rəsmi xatirə mərasimini baykot edib. Mühafizəkar Hüquq və Ədalət Partiyasının sədri və prezidentin əkiz qardaşı inanır ki, Polşanın hazırkı hökuməti araşdırmanı Rusiyaya həvalə etməklə səhv iş görüb.

Rusiya rəsmiləri təyyarə qəzası üçün məsuliyyəti dumanlı havada təyyarəni idarə edən pilotların üzərinə qoyur.

Mənbə

edit