Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
13 aprel 2011, Çərşənbə
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
- 17 April 2019: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 8 April 2018: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 2 May 2016: Wn/az/İctimai Palata mitinq keçirməyə cəhd edib
- 2 May 2016: Wn/az/XVI Benedikt: "İnsanlar Allah olmaq iddiasından imtina etməlidir"
- 2 March 2016: Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
İclası Şura sədri Azay Quliyev açaraq, gündəlikdə Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarının, sərbəst vəsaitin xərclənməsinin və cari məsələlərin müzakirə ediləcəyini bildirib.
Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunları haqqında Katibliyin icraçı direktoru F.Qurbanovun məruzəsi dinlənilib. Qeyd edilib ki, rüb ərzində Şura QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı dəstəyi verməkdə davam edib, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yeni töhfələr verib.
Sərbəst vəsaitin xərclənməsi müzakirələrində Şuraya daxil olmuş layihə təkliflərinə baxılıb və onların hər biri haqqında konkret qərarlar qəbul edilib. Həmçinin, yeni maliyyə yardımı müsabiqəsinin elan olunması barədə də müzakirələr aparılıb.
Cari məsələlərin müzakirəsində isə QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatların vəziyyətilə bağlı qeyd edilib ki, gələcəkdə hesabat formalarının sadələşdirilməsi, hesabat məbləğlərinin diferensiallaşdırılması, eləcə də elektron hesabatvermə prosedurlarının asanlaşdırılması üçün xüsusi kompyuter proqramının yaradılması üçün təkliflər hazırlansın.