2 may 2011, Bazar ertəsi
Vatikan xəbərləri
- 17 February 2025: Wn/az/Vatikan Vikipediya ilə işləməyə razılaşdı
- 17 February 2025: Wn/az/II Yohann Pol "müqəddəslik" zirvəsinə yaxınlaşdı
- 17 February 2025: Wn/az/XVI Benedikt: "İnsanlar Allah olmaq iddiasından imtina etməlidir"
Vatikanın yerləşdiyi ərazi
Xüsusi mərasimdə Roma Papası XVI Benedikt mərhum papa II Yohann Polun ruhuna xeyir-dua verərək onu “müqəddəslik” statusuna bir addım yaxınlaşdırmış oldu.
Müqəddəs Piter meydanına toplaşan milyon yarım adam mərasimi seyr edib. Burada Benedikt sonuncu pontifin müqəddəsləşdirilməsi formulunu oxuyub.
Təqdimatın ardınca Romadakı izdiham sürəkli alqışlarla Yohann Polun açıqlanan iri portretini qarşılayıblar.
Öz moizəsində Papa Benedikt sələfini Polşanın nümunəvi oğlu kimi təsvir edib. Onun sözlərinə görə Yohann Pol öz inamı, sevgisi, cəsarəti və xarizması ilə inanclıların özlərini xristian adlandırmaqdan qürur duymalarına kömək edib.