22 may 2019, Çərşənbə
Misir xəbərləri
- 22 May 2019: Wn/az/Misirdə nəhəng qədim qəsr tapıldı
- 8 September 2018: Wn/az/Misirdə 75 məhbus edam cəzasına məhkum edilib
- 22 October 2012: Wn/az/Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi poçt markası üzərində əbədiləşdirilib
- 25 April 2011: Wn/az/Misirdə 60 min azarkeş hücum etdi
Misirin yerləşdiyi ərazi
Misirdə bir-birinin ardınca tarixi tapıntılar aşkar edilir. İndi də bu ölkədə nəhəng qədim qəsr tapılıb.
Söhbət eramızdan əvvəl 525-ci ildə yaşayan fironların 26-cı nəslindən gedir. Qəsrdə farsların işğalına işarə vuran xeyli əlamətlər var. Divar rəsmləri döyüş təsvirləri ilə zəngindir. Təsvirlər deməyə əsas verir ki, qədim misirlilər onda çox ciddi düşmənlə üz-üzə qalıblar.
Qəsr kərpicdən tikilib. Divarların eni 7 metri keçir. Tədqiqatçılar xeyli eksponat da aşkar edib. Otaqlarda içində qum olan gil qablar var. Qəsrdə üzərində çar I Psammetixin adı olan zinət əşyası da tapılıb. Bu dövlət başçısı tarixdə assuriyalıları Misirdən qovmaqla qalıb.
Mənbə
edit- Misirdə nəhəng qəsr tapıldı - Bizimyol.info