Wn/az/Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi poçt markası üzərində əbədiləşdirilib
22 oktyabr 2012, Bazar ertəsi

- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 February 2025: Wn/az/Misirdə nəhəng qədim qəsr tapıldı
- 17 February 2025: Wn/az/Misirdə 75 məhbus edam cəzasına məhkum edilib
- 17 February 2025: Wn/az/Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi poçt markası üzərində əbədiləşdirilib
- 17 February 2025: Wn/az/Misirdə 60 min azarkeş hücum etdi
Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi münasibətilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycanın iki poçt markası dövriyyəyə buraxılıb.
Poçt markalarının hər biri çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı Xasay Mirzəyev olan həmin markaların hər birinin ölçüsü 40 x 28 mm, tirajı isə 10 000 suvenir səhifədən ibarətdir. Suvenir səhifəsinin ölçüsü isə 123 x 94 mm-dir. Nominal qiyməti 60 qəpik olan markalardan birinin üzərində Azərbaycanın tarixi abidələri – Qız qalası, Şirvanşahlar sarayı, digərinin üzərində isə Misirin tarixi abidələri – Sfinks və Misir piramidalarının şəkili yerləşdirilmişdir. Suvenir səhifəsinin üzərinə isə Qobustan qayaüstü təsvirləri və Misir heroqlif yazısı həkk olunmuş, Azərbaycan və ingilis dillərində böyük hərflərlə AZƏRBAYCAN-MİSİR. DİPLOMATİK ƏLAQƏLƏRİN 20 İLLİYİ. (AZERBAIJAN-EGYPT. THE 20th ANNIVERSARY OF DIPLOMATIC RELATIONS.) və BİRGƏ BURAXILIŞ (JOINT ISSUE) sözləri yazılmışdır. Əlavə olaraq qeyd edək ki, bu markalar müvafiq olaraq, Azərbaycan poçt markalarının kataloquna daxil olan sayca 1052-ci və 1053-cü poçt markalarıdır.
Qeyd edək ki, bu markalar Azərbaycan və Misir poçtunun birgə buraxılışıdır. Belə ki, bir qədər əvvəl Misirdə də üzərində eyni təsvirli və nominal qiyməti 2,5 Misir funtu məbləğində olan iki ədəd Misir poçt markası dövriyyəyə buraxılmışdır.
Həmçinin, mövzu ilə əlaqəli birinci gün zərfi də hazırlamışdır.