Wn/az/Misirdə 60 min azarkeş hücum etdi

< Wn | az
Wn > az > Misirdə 60 min azarkeş hücum etdi


25 aprel 2011, Bazar ertəsi

Afrika Çempionlar Liqasının 1/4 finalında yerli “Zamelik”in Tunisin “Klub Afrikan” komandasını qəbul etdiyi qarşılaşmada görüşü izləyən 60 min azarkeş meydana axışıb.

Buna səbəb Qahirə klubunun hesab 1:1 olarkən vurduğu qolun hakim tərəfindən hesaba alınmaması olub. Belə ki, ədalət təmsilçisinin “Zamelik”in hücumçusunun oyundankənar vəziyyətdən fərqlənməsini işarə etməsi fanatları özündən çıxarıb. Nəticədə meydana axışan azarkeşlər referiyə və rəqib futbolçulara hücum ediblər. Hakim qaçaraq canını qurtarsa da, “Klub Afrikan”ın 3 oyunçusu ciddi xəsarət alaraq, təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Zamelik” ilk oyunda rəqibinə 2:4 hesabı ilə uduzub.

Mənbə

edit