5 aprel 2011, Çərşənbə axşamı
- 24 February 2016: Wn/az/Kot-d'İvuarda prezident iqamətgahı bombalandı
- 24 February 2016: Wn/az/Kot-d’İvuarın keçmiş prezidenti Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib
- 17 April 2019: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 8 April 2018: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 2 May 2016: Wn/az/İctimai Palata mitinq keçirməyə cəhd edib
- 2 May 2016: Wn/az/XVI Benedikt: "İnsanlar Allah olmaq iddiasından imtina etməlidir"
- 2 March 2016: Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
Kot-d’İvuarın yeni prezidenti Alassan Uattaranın tərəfdarları Kot-d’İvuarın iqtisadi paytaxtı olan Abicanda keçmiş prezident Loran Qbaqbonun iqamətgahını ələ keçiriblər. Bu barədə Uattaranın rəsmi nümayəndəsi Patrik Açi məlumat verib.
Hazırda Abicanda ölkənin yeni seçilmiş prezidenti Uattara və öz postundan getmək istəməyən keçmiş prezident Qbaqbonun tərəfdarları arasında döyüşlər gedir. Bir neçə saat öncə isə Kot-d’İvuardakı BMT missiyasının helikopterləri Loran Qbaqbonun Abicandakı saray və iqamətgahına, həmçinin onun qoşunlarının Aqban və Akuedodakı bazalarına zərbələr endiriblər.
Kot-d'İvuar prezidenti Loran Qbaqbo uzun sürən silahlı qarşıdurmadan sonra məğlub olduğunu etiraf etmək qərarına gəlib.
Milli.Az xəbər portalının «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, Kot-d'İvuar Silahlı Qüvvələrinin komandanı müxalifət tərəfdarlarına atəşkəs elan etdiklərini açıqlayıb. «Biz mübarizəni dayandırdıq», - deyə o, bildirib.
Prezident Qbaqbo isə müxalifətçilərlə danışıqlar zamanı ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Mənbə
edit- Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib. Milli.az 5 aprel 2011
- Kot-d'İvuar prezidenti müxalifətə təslim oldu. Milli.az 5 aprel 2011