Wn/az/Kot-d'İvuarda prezident iqamətgahı bombalandı

< Wn | az
Wn > az > Kot-d'İvuarda prezident iqamətgahı bombalandı

9 aprel 2011, Şənbə

Kot-d'İvuarın artıq devrilmiş prezidenti Loran Qbaqbonun məskunlaşdığı prezident iqamətgahı bombalanıb. Binaya Fransa ordusuna məxsus vertolyot zərbələr endirib. Hələlik ölən və ya yaralananlar haqda məlumat yoxdur. Ölkə ərazisi tamamilə müxalifətin nəzarətindədir. Yalnız prezident iqamətgahı Qbaqbonu dəstəkləyən qüvvələrin əlindədir. Silahlıların mühafizəsində olan Qbaqbo oranı tərk etməkdən boyun qaçırır

Əlaqəli xəbərlər

edit

Mənbə

edit