Wn/az/İtaliya çempionatında 20:0 hesabı qeydə alınıb

< Wn‎ | az
Wn > az > İtaliya çempionatında 20:0 hesabı qeydə alınıb

23 fevral 2019, Şənbə

İtaliya C Seriyasının oyununda "Kuneo" "Pro Pyaçentsa"nı 20:0 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar oyunçusu 6 qol vuran Hişam Kanis olub. Edoardo Defendi 5 dəfə fərqlənib, Mikele EmmaussoFrançesko Di Stefano isə "het-trik" edib.

"Pro Pyaçentsa" oyuna 7 futbolçu ilə başlayıb. Daha bir futbolçu isə unudaraq evdə qoyduğu pasportu atası ona gətirib çatdırdıqdan sonra meydana çıxıb. Qolların 16-sı ilk yarıda vurulub. Hazırda bu klub ciddi maliyyə problemləri ilə üz-üzədir. Komandanın məşqçiləri yoxdur. Ona görə də 19 yaşlı futbolçu oyunun protokolunda özünü məşqçi kimi qeydiyyatdan keçirməli olub. Bütün əsas heyət futbolçuları "Pro Pyaçentsa"nı azad agent kimi tərk etməli olublar. Bu səbəbdən, klub mövsümün qalan hissəsini gənclərlə davam etdirir.

Mənbə edit