Wn/az/Aaron Remzi "Yuventus" futbol klubuna transfer edilib

< Wn‎ | az
Wn > az > Aaron Remzi "Yuventus" futbol klubuna transfer edilib

12 fevral 2019, Çərşənbə axşamı

"Yuventus" yarımmüdafiəçi transferi reallaşdırıb. "Ağ-Qaralar" İngiltərənin Premyer Liqasında çıxış edən "Arsenal"ın 11-illik legioner yarımmüdafiəçisi Aaron Remzini transfer edib. 28 yaşlı hücumçu ilə dörd illik bir müqavilə imzalanıb. Remzi 1 iyul 2019-cu il tarixində – “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq. KİV-in məlumatına görə, Uelsli yarımmüdafiəçi "Yuventus" futbol klubunun heyətində illik maaşı 23.000.000 avrodan çox olacaq. Onun hər həftə 300.000–400.000 funt sterlinq qazanacağı, dörd ildə isə ümumi olaraq, 82.300.000 funt sterlinq ehtimal olunur.

Uelsli yarımmüdafiəçi peşəkar karyerasına "Kardiff Siti" (2008) klubunda başlayıb və 2008–2019-cu illərdə "Arsenal" klubunda çıxış edib. Futbolçu "Nottinqam Forest" (2010–2011) və "Kardiff Siti" (2011) klublarına icarəyə verilib.

2008-ci ildən London klubunda çıxış edən Aaron Remzi bu mövsüm Premyer Liqada 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib. Eləcə də, onun hesabında Avropa Liqasında üç oyun və bir qol var.

Mənbə edit