2 may 2011, Bazar ertəsi
Liviya xəbərləri
- 17 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 17 February 2025: Wn/az/Qəzzafinin qoşunları daha da irəli gedir
- 17 February 2025: Wn/az/Qəddafinin oğlu və üç nəvəsi öldürülüb
- 17 February 2025: Wn/az/Tripolidə Qərb səfirliklərinə hücum edilib
- 17 February 2025: Wn/az/Qəzzafi qüvvələri Misratanı bombardman edib
Liviyanın yerləşdiyi ərazi
Liviyadakı Britaniya və İtaliya səfirlikləri NATO-nun Müəmmər Qəzzafinin ailəsinin üzvlərinin ölümləri ilə nəticələnən hava zərbələrinə cavab olaraq hücumlara məruz qalıblar.
Britaniya xarici işlər naziri William Hague səfirliklərə edilən hücumları pisləyib və bildirib ki, onu hökuməti Liviyanın Britaniyadakı səfirini qovacaq. O, diplomatik missiyaları hücumların Vyana Konvensiyasına zidd olduğunu bildirib.
İtaliya həmçinin Tripolidəki səfirliyinə hücum edildiyini təsdiqləyib. Rəsmi Roma Qəzzafi hökumətini xarici səfirlikləri qorumamaqda ittiham edib. Əksər Qərb dövlətləri öz səfirliklərini Tripolidən bir neçə həftə əvvəl çıxarıblar.