17 iyun 2011, Cümə
- 17 February 2025: Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
- 17 February 2025: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 17 February 2025: Wn/az/İranda İİKK avtobusu partladılıb
- 17 February 2025: Wn/az/Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- 17 February 2025: Wn/az/İran Avropa Komissiyasından 18 milyon avro yardım alacaq
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 February 2025: Wn/az/Traktor klubunun 28 azarkeşi həbs edildi
- 17 February 2025: Wn/az/Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib
- 17 February 2025: Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
- 17 February 2025: Wn/az/Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
- 17 February 2025: Wn/az/İranda üç nəfər siyasi məhbus Ettellata göndərilib
İranda həbsdə olan beş azərbaycanlı siyasi və mədəni fəalın azad edilməsi üçün imzatoplama kampaniyasına başlanıb. Bir çox xəbər saytları Səid Məhəmmədi (Muğanlı), Əyyub Şiri, Səid Nəyimi, Sima Didar və Səid Mətinpurun azadlığını İran rəsmilərindən tələb etmək üçün aparılan imzatoplama kampaniyası barədə xəbərlər yayıb və imza toplayan saytların ünvanlarını dərc edib.
Savalan Səsi və Urmiya İşçiləri Xəbər Agentlikləri Səid Muğanlı və Əyyub Şirinin həbsdən azad edilməsi üçün imza toplanmasına dair xəbər yayıb. Xəbərə əsasən, Muğanlı bu il iyunun 7-də Tehran şəhərində İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tutulub. Amma, onu hansı orqanın həbs etdiyi, harada saxlandığı, hansı ittiham irəli sürüldüyü barədə məlumat verilmir. Səid Məhəmmədi (Muğanlı) şair, jurnalistdir. O, "Ədəbi Yaşmaq" nəşriyatının müdirdir. İndiyədək 364 nəfər Muğanlıya azadlıq tələbi ilə keçirilən kampaniyaya qoşulub. Əyyub Şiri bu il mayın 4-də Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən tutulub. Onun harada saxlandığı və hansı ittihamla həbs edildiyi barədə məlumat verilmir. İndiyədək 5324 nəfər onun azad olunmasını tələb edib. Onun azadlığı üçün aparılan kampaniya iştirakçılarının siyahısını da yuxarıdakı saytda (/free-ayyub-shiri.html) tapmaq mümkündür.
Səid Nəyimi mayın 9-da Kərəc şəhərində evində həbs edilib. Onun tutulmasında ETTELAAT-ın 7 əməkdaşı iştirak edib. O, tutularkən həyat yoldaşı Səidə İslamini də təhdid ediblər və Səidi həyat yoldaşının gözü önündə döyüblər. Hər iki fəala məxsus kompüterlər, bəzi kitablar, əl yazıları və cib telefonları müsadirə edilib. Səid insan haqları fəalı və sülh tələbi ilə yazan jurnalistdir. O, İranda universitet tələbələri cəmiyyətlinə rəhbərlik edir, azərbaycanlı tələbələrin cəmiyyətinin təsisçisidir. Səidin azadlığını 423 nəfər İrandan tələb edib.
Sima xanım Didar (Əlirza Yekənlinin həyat yoldaşı) zindandadır. Onun həyat yoldaşı Əlirza Sima xanımdan bir neçə gün sonra tutulub. Sima xanımın azadlığı üçün 2432 imza toplanıb. O azərbaycanlıların mədəni haqları uğrunda mübarizə aparır. Bu il aprelin 16-da tutulub və Təbrizin Mərkəzi zindanında saxlanır. O, 6 ay həbsə məhkum olunub. Sima xanım ötən il Təbrizdə və Şah gölü yolunda yürüş mərasimində "Türk dilində mədrəsə!" şüarı söyləməkdə ittiham edilərək tutulub və uzun zaman istintaqa məruz qalıb. Zəmanətlə azad olunub və sonra məhkəmənin hökmü ilə ona 6 ay həbs verilib.
Səid Mətinpurun azadlığına imza atanlar onun düşüncəsinə görə həbs edildiyini bildirir. Bildirildiyinə görə Səid İranda yaşayan azərbaycanlıların dil və mədəni haqlarını müdafiə etdiyinə görə 8 il həbs cəzasına məhkum edilib. 2007-ci ildə tutulan Səidə əvvəlcə 10 gün həbs verilib. O, həmin il ikinci dəfə həbs edilib və 9 ay istintaq altında qalıb. O, həbs cəzasını Tehranın Evin zindanında çəkir. Çoxsaylı Azərbaycan mənbələri, onun qohumları və dostları Mətunpurun İşgəncələrə məruz qaldığını və müalicəsi üçün imkan yaradılmadığını deyirlər.. Mətinpur Tehran üniversitetinin fəlsəfə fakültəsini bitirib, jurnalistdir. Onun azadlığa məqsədilə başlanmış kampaniya da davam edir.