12 mart 2019, Çərşənbə axşamı
- 17 February 2025: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 17 February 2025: Wn/az/Türkiyə hərbi hava qüvvələri İraqın şimalında, Zap və Qara bölgələrinndə əməliyyat keçirib
- 17 February 2025: Wn/az/İran İraqdakı konsulluğunun binasını yandırdılar
- 17 February 2025: Wn/az/ABŞ hökuməti İraqa səfər edəcək vətəndaşlarına xəbərdarlıq edi
- 17 February 2025: Wn/az/İraqın sünni qəbilə başçıları ABŞ-a xəbərdarlıq etdi
- 17 February 2025: Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
- 17 February 2025: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 17 February 2025: Wn/az/İranda İİKK avtobusu partladılıb
- 17 February 2025: Wn/az/Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- 17 February 2025: Wn/az/İran Avropa Komissiyasından 18 milyon avro yardım alacaq
11 mart 2019-cu ildə İraq və İran arasında neft, ticarət, səhiyyə, nəqliyyat və viza mövzusunda müqavilələrin imzalandığı bildirilib.
İraq Baş Nazirliyi Mətbuat Ofisindən yayımlanan yazılı açıqlamaya görə, İraq Baş Naziri Adil Əbdülmehdi ilə İran Prezidenti Həsən Ruhaninin olduğu yığıncaqda neft, ticarət, səhiyyə, Bəsra (İraq) və Şələmçə (İran) arasında dəmiryol inşası üçün nəqliyyat sahələrində müqavilələr imzalanıb.
Yığıncaqda əlavə olaraq, investor və biznesmenlərə viza asanlığı mövzusunda müqavilə də imzalanıb.
İran Prezidenti Həsən Ruhaninin Rabitə və Xalqla Münasibətlərdən Məsul Müavini Bərviz İsmaili sosial şəbəkə hesabından daha əvvəl yayımladığı açıqlamada Ruhani ilə İraq Baş Naziri Əbdülmehdi arasında keçirilən görüşə müraciət edərək "Ruhani və Əbdülmehdi görüşündə iki ölkənin vətəndaşları üçün vizanın aprel ayından sonra ödənişsiz olması qərarı alındı" demişdir.
İran Prezidenti 11 mart 2019-cu il tarixində İraqın paytaxtı Bağdad şəhərinə gələrək İraq Prezidenti Bərhəm Saleh və İraq Baş Naziri Adil Ədbülmehdi ilə görüşüb.
Ruhaninin 3 gün davam edəcək ziyarətində Nəcəf şəhərində İraq şiələrinin rəhbərlərindən olan Ayətulla Əli əs-Sistani və ölkədəki digər dini-siyasi vəzifəlilərlə görüşməyi gözlənilir.