Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb

< Wn‎ | azWn > az > Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb


Bookmark-new.svg

22 sentyabr 2011, Cümə axşamı

İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmiyə şəhərlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmiyə gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri "ətraf mühiti qoruyaq" devizi altında keçirilir. İran azərbaycanlıları "Duz sunamisi" adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.

Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.

Almaniyanın Yaşıllar Partiyası məsələ ilə əlaqədar bəyanatla çıxış edib. Partiya bəyanatla kifayətlənməyərək son günlər Almaniya hökumətini Urmiyə gölünün xilas edilməsi üçün İranla konkret əməkdaşlıq aparmağa çağırıb və Avropadakı başqa yaşıllar partiyalarını da Urmiyə hövzəsinin xilası üçün əməkdaşlığa çağırıb.

Əlaqəli xəbərEdit

MənbəEdit