Wn/az/Vladimir Putin növbəti prezident seçkisinə qatıla bilər

< Wn | az
Wn > az > Vladimir Putin növbəti prezident seçkisinə qatıla bilər

14 aprel 2011, Cümə axşamı

Rusiyanın Baş naziri Vladimir Putin ölkəsində 2012-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməsini istisna etməyib. Baş nazir bunu hazırki prezident Dmitri Medvedevin eyni açıqlama verməsindən sonra deyib. Bundan öncə həm cənab Medvedev, həm də cənab Putin prezidentliyə kimin namizəd olacağı qərarını birlikdə verəcəklərini demişdilər. Lakin son açıqlamlar onların hər ikisinin ölkəyə rəhbərlik etmək üçün mübarizəyə qoşula biləcəyinə işarə kimi qiymətləndirilir.

Mənbə

edit