Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib

< Wn‎ | az
Wn > az > Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib

5 mart 2019, Çərşənbə axşamı

1 mart 2019-cu il tarixində Rusiya Federasiyasının tərkibində olan Dağıstan Respublikasının Tissi-Axitli kəndində yanğın baş verib. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu yanğın 15 yaşayış evinə və 2.500 kvadrat metrlik bir əraziyə təsir edib. Rusiya FHN-nin xidmətçiləri kəndlilərin hamısını xilas edib. İnsident nəticəsində təxminən 60 nəfər evsiz qalıb.

4 mart 2019-cu il tarixində «İnsan» Xeyriyyə Fondu insidentdə zərər çəkən ailələr üçün 3.000.000 Rusiya rublu (5 mart 2019-cu il məzənnəsi ilə 77.763 Azərbaycan manatı) toplamışdır.

Mənbə edit