Wn/az/Suriyada "İtaətsizlik günü" nümayişləri

< Wn‎ | az
Wn > az > Suriyada "İtaətsizlik günü" nümayişləri


6 may 2011, Cümə

Suriya təhlükəsizlik qüvvələri cümə günü keçirilməsi nəzərdə tutulan kütləvi aksiyaların qarşısını almaq üçün ölkənin bir neçə mərkəz və sahil şəhərlərinə daxil olub. Xatırladaq ki, dünən ordu Dəranı tərk etməyə başlamışdı.

Hadisə yerindən çəkilən həvəskar video göstərir ki, bu günü “İtaətsizlik günü” adlandıran nümayişçilər bir araya gəliblər. Etirazçılar habelə nümayişlərə aparan yollarda tıxaclar yaradıblar. Ordunun Dəradan çıxarılması barədə məlumatlara baxmayaraq, son iki gündə Qoşunlar və zirehli maşınlar Rastan, Homs və Banias şəhərlərinə yerləşdirilib. Sakinlər deyib ki, 200-ə yaxın tank Rastan şəhərini, 30 tank isə liman şəhəri olan Baniasın çıxışlarını mühasirəyə alıb.

Mənbə edit