25 iyul 2011, Bazar ertəsi
Serbiya xəbərləri
- 17 March 2019: Wn/az/Belqradda etirazçılar prezident Aleksandr Vuçiçin iqamətgahını mühasirəyə alıblar
- 25 July 2011: Wn/az/Qoran Hadziç həbs edildi
- 17 June 2011: Wn/az/ABŞ Serbiyanın Kosovonun bölünməsi çağırışlarını rədd edir
- 10 June 2011: Wn/az/Radko Mladiç həbs edildi
Serbiyanın yerləşdiyi ərazi
Serbiya Xorvatiya serblərinin sabiq lideri Qoran Hadziçi Haaqada müharibə cinayətləri tribunalına təhvil verib.
Serbiyanın ədliyyə naziri açıqlamanı bu gün verib. Hadziçin vəkili Toma Fila bir gün öncə Belqradda müxbirlərə bildirib ki, Hadziç appelyasiya hüququndan istifadə etməmək qərarına gəlib.
52 yaşlı Hadziç 1990-cı illərdə Balkan konflikləri zamanı Xorvatiyada üsyançı serblərə başçılıq edib. 2004-cü ildə Haaqa tribunalı ona qarşı müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərlə bağlı 14 maddə üzrə ittiham irəli sürdükdən sonra o, yoxa çıxmışdı. Hadziç Xorvatiyada yüzlərlə qeyri-serbin öldürülməsində və minlərlə adamın didərgin salınmasında günahlandırılır.
Mənbə
edit