Wn/az/ABŞ Serbiyanın Kosovonun bölünməsi çağırışlarını rədd edir

< Wn‎ | az
Wn > az > ABŞ Serbiyanın Kosovonun bölünməsi çağırışlarını rədd edir


17 iyun 2011, Cümə

ABŞ Dövlət katibinin yardımçısı Filip Qordon Serbiyanın Kosovonun etnik prinsipə əsasən ərazilərə bölünməsi çağırışlarını rədd edib. Filip Qordon bu açıqlamanı bu gün Kosovo paytaxtı Priştinada baş nazir Haşim Taçi ilə görüş zamanı verib. Serbiya 2008-ci ildə ayrılmış Kosovonun müstəqilliyini tanımır. Lakin Serbiya Baş nazirinin müavini İvitsa Daçiç deyib ki, Belqrad mübahisəni Kosovonun əsas etibarilə serblərinin yaşadığı şimal bölgəsinin Serbiyaya birləşdiyi hallda həll edə bilər.

Mənbə edit