Wn/az/Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər

< Wn‎ | az
Wn > az > Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər

7 aprel 2011, Cümə axşamı

Rusiya millisinin məşhur voleybolçusu Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər. Türkiyə mətbuatının yaydığı xəbərə görə, növbəti mövsüm üçün Bakının aparıcı klubları ikiqat dünya çempionunu heyətində görmək arzusundadırlar.

Əslində, hazırda Kazan "Dinamo"sunun şərəfini qoruyan Qamova bir çox klubların diqqət mərkəzindədir. Türkiyəli həmkarlarımızın yazdıqlarına görə, dünyanın ən hündürboylu voleybolçularından olan Yekaterina "Fənərbaxça", "Zariçye Odintsovo", "Dinamo" (Krasnodar) və Azərbaycanın aparıcı klublarının təkliflərini nəzərdən keçirir. Hətta onun yeni mövsümdə transfer qiymətinin dünyada yeni rekord qıracağı da bildirilir.

Mənbə edit