Wn/az/Mariya Stadnik üçüncü dəfə Avropa çempionu oldu

< Wn‎ | az
Wn > az > Mariya Stadnik üçüncü dəfə Avropa çempionu oldu

1 aprel 2011, Cümə

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatında Mariya Stadnik (44 kq) startda ispaniyalı Sara Mariya Sançes Parra ilə qarşılaşıb və qələbə qazanıb. Ardından britaniyalı Yana Stadnikə də eyni aqibəti yaşadan Azərbaycan güləşçisi yarımfinalda da Nina Matkovskanı mübarizədən kənarlaşdıraraq, adını finala yazdırıb. Qızıl medal qazanmaq üçün Stadnik həlledici görüşdə ukraynalı Kristina Daranutsaya qalib gəlməli idi ki, o, bu vəzifənin də öhdəsindən layiqincə gəlib və baş mükafata sahib çıxıb.

Əlaqəli xəbərlər edit

Mənbə edit