Wn/az/Hələb şəhərində bina aşıb, on bir nəfər həlak olub

< Wn | az
Wn > az > Hələb şəhərində bina aşıb, on bir nəfər həlak olub

12 fevral 2019, Çərşənbə axşamı

Suriyanın dövlət KİV-lərinin verdiyi məlumata görə, 2019-cu ilin fevral ayının 5-də Hələb şəhərindəki əvvəllər Azad Suriya Ordusu döyüşçülərinin yerləşdiriyi səmtdəki beşmərtəbəli bir bina aşıb. Şəhərin Sələhəddin rayonunda baş verən hadisə on bir nəfərin həlak olması ilə nəticələnib. Qəzadan yeganə sağ çıxan bir uşaq olub.

Hələbdəki bir Azad Suriya Ordusu döyüşçüsünün fotoşəkli.
Müəllif: Voice of America

Rayon 2016-cı ildə Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ağır bombardıman nəticəsində Suriya Silahlı Qüvvələrinin əlinə keçib. Rayon ərazisində çox az bərpa işləri görülüb ki, onlar da infastrukturla əlaqədar idi. "AFP" saytının verdiyi məlumata görə, Sələhəddin rayonundakı başqa binalar da dağılacaq vəziyyətdə idi.

Xilasedicilər sağ qalan uşağı xarabalıqlardan qurtara bilmişdilər. Davam etməkdə olan münaqişənin aşmış binanın ətrafındakı binalara vurduğu zərərlər açıq-aydın görsənir.

Suriya Prezidenti Bəşər Əsədi devirmək hədəfini ləğv edən Amerika Birləşmiş Ştatları 300.000.000.000–400.000.000.000 ABŞ dolları dəyərində olan bir bərpa layihəsinə start vermişdir. ABŞ Suriyada siyasi islahatlar gerçəkləşmədiyi halda bu maddi dəstəyi geri çevirəcəyini bəyan etmişdir. 2017-ci ildə BMT-nin süni peyklərdən aldığı fotoşəkillərə əsasən, Hələb şəhərində müharibədən zərər görmüş 35.000-ə yaxın tikili var idi.

Çin, İranRusiya Suriya hökumətinə maddi yardım vəd etmiş, Suriya hökuməti isə bəzi məhsulların qiymətini artırmışdır.


Mənbə

edit