Wn/az/Bu gün Azərbaycan klubu "Çelenc Cup" turnirinin qalibi olacaq

< Wn‎ | azWn > az > Bu gün Azərbaycan klubu "Çelenc Cup" turnirinin qalibi olacaq

2 aprel 2011, Şənbə

Voleybol 052.jpg

Bu gün qadın voleybolçular arasında "Çelenc Cup" turnirinin qalibinin adına aydınlıq gələcək. Çempionluğu Bakının "Azərreyl" və ya "Lokomotiv" klublarından biri bayram edəcək.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Vüqar Əliyevin yetirmələrinin kuboku başları üzərinə qaldıracaqlarını proqnozlaşdırmaq olar. Çünki mövsüm ərzində məğlubiyyət nə olduğunu bilməyən "Azərreyl"in final mərhələsinin cavab görüşündə uduzacağı inandırıcı görünmür.

Onlar qarşılaşmada belə qələbəni əldən verəcəkləri halda, "Qızıl set"ə ümid edəcəklər. Lakin itirməyə heç nəyi qalmadığından "Lokomotiv" də bütün gücünü ortaya qoyacaq. Nəzərə alsaq ki, "dəmiryolçular” 2 dəfə "Qızıl set" hesabına mərhələ adlayıblar, onda qarşılaşmanın çətin keçəcəyi qənaətinə gəlmək olar. Bu azmış kimi, Vüqar Əliyevin yetirmələrindən Natalya Hanıkoğlunun da zədədən əziyyət çəkməsi "Lokomotiv"in xeyrinədir.

"Azərreyl" rəqibini məğlub edəcəyi halda, öz rekordunu da yeniləyəcək. 2001/2002-ci illər mövsümündə "Top komandalar" (indiki CEV kuboku) kubokunun sahibi "Çelenc Cup"ın da qalibi olmaqla, Avrokuboklarda fəxri kürsünün ən yüksək pilləsinə 2 dəfə qalxan Azərbaycan təmsilçisi adına yiyələnəcək.

"Sərhədçi" Olimpiya Mərkəzində keçiriləcək final matçı saat 16:00-da başlanacaq.

MənbəEdit