Wn/az/Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdı

< Wn | az
Wn > az > Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Avstraliya hökuməti Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır, amma ölkə səfirliyinin Təl-Əvivdən köçürülməsini hələlik təxirə salır.

Azadinform xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison dekabrın 15-də bəyanatla çıxış edib. Baş nazir qeyd edib ki, Hökumət Avstraliyanın Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barədə qərar qəbul edib: “Qərbi Qüdsün İsrailin paytaxtı olaraq qəbul edilməsi sülh yolu ilə iki dövlətin yaranmasından sonra Şərqi Qüdsün də Fələstinin paytaxtı kimi tanınmasına imkan yaradır və bu, Avstraliyanın Yaxın Şərq siyasətində mühüm addım olacaq”.

S.Morrison vurğulayıb ki, ölkənin milli təhlükəsizlik komitəsi tərəfindən Qərbi Qüdsün paytaxt kimi qəbul edilməsi Avstraliya səfirliyinin tezliklə Təl-Əvivdən köçürülməsi demək deyil və bu, böyük miqdarda məsrəf tələb edir: “İlkin hesablamalara görə, bunun üçün təqribən 200 milyon Avstraliya dolları (144 milyon ABŞ dolları) miqdarında vəsait lazımdır. Buna baxmayaraq, Qərbi Qüdsdə əlavə konsulluğun, həmçinin müdafiə və ticarət üzrə xüsusi büronun təşkili nəzərdə tutulur ki, həmin büro da gələcəkdə səfirliyin köçürülməsi ilə məşğul olacaq”.

Mənbə

edit