Wn/az/“Milan” “Krotone”dən Messiası alacaq

< Wn‎ | az
Wn > az > “Milan” “Krotone”dən Messiası alacaq

16 iyun 2022, Cümə axşamı

İtaliyanın “Milan” klubu “Krotone”dən Junior Messiası alacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun saytına istinadən məlumat yayıb.

Bildirilib ki, “Milan” 31 yaşlı braziliyalı üçün 4,5 milyon avro və bonuslar ödəyəcək.

Xatırladaq ki, “rossonerilər” yarımmüdafiəçini 2021-ci ilin avqustunda “Krotone”dən icarəyə götürüb.

Messias ötən mövsüm “Milan”ın heyətində 32 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə edit

1.“Milan” “Krotone”dən Messiası alacaq