Wn/az/Ərəb Liqası Suriya üzrə xüsusi nümayəndə təyin edib

< Wn | az
Wn > az > Ərəb Liqası Suriya üzrə xüsusi nümayəndə təyin edib


1 mart 2012, Cümə axşamı

Ərəb Dövlətləri Liqası Suriyada müşahidəçi missiyasına rəhbərlik etmiş Sudan generalının istefasını qəbul etdiyini bildirib. 22 üzv ölkənin daxil olduğu Liqanın xarici işlər nazirləri Qahirədə görüşərək, Suriyada BMT-nin sülh mühafizəçilərinin də daxil olduğu gemiş tərkibli missiyanın yaradılması məsələsini müzakirə edir. Liqanın rəsmiləri general Məhəmməd Əhməd Əl-Dəbinin istefasını qəbul edildiyini və İordaniyanın xarici işlər naziri Əbdül Ela Əl-Xətibin təşkilatın Suriyada xüsusi nümayəndəsi təyin edildiyini bildirib. Əl-Xətib Liviyada böhran zamanı BMT-nin münaqişələrin nizamlanması məsələləri üzrə xüsusi nümayəndəsi olub.

General Əl-Dəbi mübahisələrə səbəb olmuş müşahidəçi missiyasının idarə edilməsilə bağlı kəskin tənqidlərə məruz qalmışdır. Missiyan Suriya müxalifətində hökumətinin 11 aydır davam edən üsyanı yatırmasını ört-basdır etdiyi haqda təsəəvvür yaratmışdır. Suriyanı minlərlə insanın həlak olduğu zorakılıqlara görə keçən ay qınamış Ərəb Dövlətləri Liqası hazırda ərəb ölkələrinin paytaxtlarından Suriyanın səfirlərini geri çağırmaq və Suriya Milli Şurasını tanımaq haqda təklifləri nəzərdən keçirir. Hər iki addım prezident Bəşar Əl-Əsədin daha da təcrid edilməsi deməkdir. Liqanın rəsmiləri bildiriblər ki, prezident Əsəd hökumətinə qarşı təzyiqlərin artırılması məqsədilə onlar Suriyanın parçalanmış müxalifətini birliyə çağırmağı nəzərdə tutur.

Tunisin xarici işlər naziri Suriyada zorakılıqlarla son qoymaq üçün ölkələri bir araya gətirmək məqsədilə ölkədə fevralın 24-də “Suriyanın dostları” adlı tədbir keçiriləcəyini bəyan edib. ABŞ və Türkiyə də keçən həftə Rusiya və Çinin Qərb və ərəb ölkələrinin BMT-də cənab Əsədin hakimiyyətdən getməsi üçün təzyiq cəhdlərinə veto qoymasından sonra Suriya ilə bağlı konfransın keçirilməsi təklifilə çıxış etmişdi. Suriyanın özündə isə şənbə günü Homs şəhərində zorakılıqlar nəticəsində 10 nəfərin öldürüldüyü haqda məlumat verilir.


Mənbə

edit