Wn/az/Əfqanıstandakı taliblər Üsamə Bin Ladenin öldürüldüyünün təsdiq edilmədiyini bildirib

< Wn‎ | azWn > az > Əfqanıstandakı taliblər Üsamə Bin Ladenin öldürüldüyünün təsdiq edilmədiyini bildirib


Bookmark-new.svg

4 may 2011, Çərşənbə

Əfqanıstandakı taliblər Üsamə bin Ladenin öldürüldüyünün təsdiq edilmədiyini bildirib. Dünən Talibanın yaydığı bəyanatda bildirilib ki, ABŞ hökuməti Pakistanın Abbotabad şəhərindəki reyd zamanı bin Ladenin öldürüldüyünə dair əsaslı dəlillər açıqlamayıb. Taliban sözçüsü Zabiulla Mücahid deyib ki, bin Ladenə yaxın mənbələr onun öldürüldüyünü təsdiq etməyib. ABŞ rəsmiləri reyd və bin Ladenin cəsədinin dənizə atıldığına dair şəkillərin ictimaiyyətə açıqlanıb-açıqlanmaması məsələsini nəzərdən keçirir. 1996-2001-ci illər ərzində Əfqanıstanda hakimiyyətdə olan Taliban bin Laden və Əl-Qaidəyə sığınacaq vermişdi.

MənbəEdit


Əlaqəli xəbərEdit