Wn/az/Kabildə dini liderlər və alimlərin toplaşdığı yerdə partlayış törədilib

< Wn‎ | az
Wn > az > Kabildə dini liderlər və alimlərin toplaşdığı yerdə partlayış törədilib

Kabildə Əfqanıstan dini liderləri və alimlərinin toplaşdığı yerdə partlayış nəticəsində təxminən yeddi nəfər ölüb, çox sayda adam yaralanıb.

Partlayış Əfqanıstan Ulema Şurası və ya hökumət tərəfindən təyin edilən Yüksək Sülh Şurasının 2000 üzvü mərasim üçün hazırlanmış yeri tərk etmək istəyərkən baş verib.

“Loya Jirga çadır mərasiminə toplaşmış din xadimləri oranı tərk edən an intiharçı hücumu baş verib. Hadisədə çox sayda adam yaralanıb” - deyə, hadisə şahidi, Əhməd Payman bildirib.

Bundan bir qədər əvvəl şura İslam qanununa görə intiharçı hücumlarını qadağan edən yeni qanun qəbul edib.

Qrup həmçinin, Əfqanıstan hökuməti və Talibanı atəşkəsə və sülh razılığı əldə etmək üçün danışıqlara başlamağa çaxıran müraciətlə çıxış edib.

Şuranın hökmu Əfqanıstan prezidenti Əşrəf Qaninin fevral ayında Talibana qeyd-şərtsiz sülh danışıqları təklifi elan etməsini nəzərdə tutur.

Hücumun məsuliyyətini heç kim üzərinə götürməyib. Həm Taliban, həm də İŞİD-ə sadiq qüvvələr bir qayda olaraq Kabildə bu kimi hücumları ilə tanınır.

Mənbə edit

Amerikanın səsi