Wn/az/Ümid edirəm ki, Bin Ladenə qarşı qurulan ittifaq PKK-ya qarşı da qurular

< Wn | az
Wn > az > Ümid edirəm ki, Bin Ladenə qarşı qurulan ittifaq PKK-ya qarşı da qurular


3 may 2011, Çərşənbə axşamı

Türkiyənin müdafiə naziri Vəcdi Könül terrorla heç bir yerə getməyin mümkün olmadığını söyləyib.

Müdafiə naziri terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Könül "Türkiyənin də məruz qaldığı hücumlar dünya ilə birlikdə diqqətə alındığı zaman bu olayı terrorla heç bir nəticə əldə edilməyəcəyinin bir sübutu kimi dəyərləndirirəm" deyib.

Müdafiə naziri "Bütün dünya Bin Ladenə qarşı necə ittifaq qurdusa, ümid edirəm ki, PKK-ya qarşı da eyni ittifaqı qurar" deyə əlavə edib.

Mənbə

edit