Wn/az/İranda açıq edamların sayı ötən ilin göstəricisinə çatıb

< Wn | az
Wn > az > İranda açıq edamların sayı ötən ilin göstəricisinə çatıb


29 aprel 2011, Cümə

Beynəlxalq Amnistiya Təşkilatı ("Amnesty International") İrandakı açıq edamlarla bağlı hesabat yayıb. Azərbaycanın "Media forum" saytı xəbər verir ki, təşkilatın məruzəsində 2011-ci ilin əvvəlindən 13 nəfərin əhalinin gözü qarşısında asıldığı bildirilir. Bu, 2010-cu ildə həyata keçirilmiş açıq edamların sayına bərabərdir.

Təşkilatın məlumatına görə, açıq edamların 8-i aprelin ortalarına düşür. Zorlama və qətldə ittiham olunaraq asılan iki nəfərin azyaşlı olduğu bildirilir.

Mənbə

edit