Wn/az/Çəkiliş vaxtı Mixail Saakaşvilinin xanımına hücum ediblər

< Wn‎ | az
Wn > az > Çəkiliş vaxtı Mixail Saakaşvilinin xanımına hücum ediblər

14 may 2019, Çərşənbə axşamı

Gürcüstanın Zuqdidi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa hücum ediblər. İnsident müxalifətdən şəhər merliyinə namizədliyini irəli sürən Sandranın “Odişi” kanalının jurnalistləriylə seçki kampaniyası haqda reportajı zamanı yaşanıb. Bir neçə nəfər Rulovsun ünvanına təhqirlər səsləndirərək çəkiliş qrupuna hücum edib. Onlar daha sonra qaçmağa müvəffəq olublar. Daxili İşlər naziri Georgi Qahariya hazırda hücumun səbəblərini araşdırdıqlarını bildirib.

Sandra Rulovs 2004-2013-cü illərdə ölkənin birinci xanımı olub. 2014-cü ildə Saakaşviliyə qarşı bir neçə maddə üzrə cinayət işi açılıb. Ona qarşı axtarış elan olunub.

Mənbə edit