Wn/az/Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib

< Wn | az
Wn > az > Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib


30 dekabr 2014, Çərşənbə axşamı

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində dekabrın 26-da sınaq kimi ilk qatar hərəkətə buraxılıb.

Tədbirdə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin rəhbərliyi, tikintini aparan “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak ediblər.

Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir.

Mənbə

edit
  • Script error: No such module "Wn/az/Citation/CS1".