4 oktyabr 2011, Çərşənbə axşamı
Yunanıstan xəbərləri
- 17 February 2025: Wn/az/Yunanıstan Almaniyadan təzminat istəyib
- 17 February 2025: Wn/az/Afina qaranlığa qərq olub
- 17 February 2025: Wn/az/Yunanıstanın paytaxtında etiraz aksiyası baş tutub
Yunanıstanın yerləşdiyi ərazi
Nümayişçilər 4 oktyabrda Afinanın küçələrinə çıxaraq Yunanıstan hökumətinin iqtisadiyyata aid sərt planına etirazlarını bildirmişlər. Nümayişçilər Yunanıstan Maliyyə və Əmək Nazirlikləri də daxil edilməklə, bir neçə hökumət binasının girişlərini bağlamışlar. İqtisadi böhranın qarşısının alınması üçün götürülən ölçülərin bir hissəsi olaraq, nümayişçilər nə işlərini itirmək, nə də maaşlarının azalmasını istəmədiklərini bildirmişlər.
Bu arada, Avrozonaya daxil olan ölkələr və Beynəlxalq Valyuta Fondu Yunanıstana əlavə maliyyə ayrılması barədə müzakirələr aparır və Yunanıstan hökumətinin maliyyə xərclərini azaltmasını istəyir.