6 iyun 2018, Çərşənbə Ağ Ev bildirib ki, gələn həftə ABŞ prezidenti və Şimali Koreya lideri arasında görüş Sinqapurun Sentosa adasının Capella mehmanxanasında keçiriləcək.
ABŞ xəbərləri
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 17 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 17 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 17 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
ABŞ-ın yerləşdiyi ərazi
Şimali Koreya xəbərləri
- 17 February 2025: Wn/az/Tramp-Kim görüşü Sinqapurda baş tutacaq
- 17 February 2025: Wn/az/Şimali Koreyada iki sabiq nazirə çıxarılmış ölüm hökmü icra olunub
Şimali Koreyaın yerləşdiyi ərazi
Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakabi Senders bəyanatı Twitter hesabında yayaraq, Sinqapura ev sahibliyinə görə təşəkkürünü bildirib.
Bundan əvvəl prezident Tramp deyib ki, iyunun 12-də keçiriləcək görüş böyük bir başlanğıca start verəcək.
ABŞ və Şimali Koreya rəsmiləri isə sammitə zəmin hazırlayır.
Tramp bundan əvvəl Kimlə görüşün ləğv edildiyini bildirmişdi, lakin hər iki tərəf sammitin baş tutmasına çalışırdı.
Sammitin gündəliyi hələ ki, məlum deyil.
Pxenyan uzun illərdir ki, nüvə və ballistik raket proqramlarına görə BMT-nin sərt sanksiyaları altındadır.