28 aprel 2011, Cümə axşamı
Türkiyə xəbərləri
- 10 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 10 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 10 February 2025: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 10 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 10 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
Türkiyənin yerləşdiyi ərazi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sürpriz layihəsini açıqlayıb. O, layihənin adının "Kanal İstanbul" olduğunu bildirib.
Həmin layihəyə görə, İstanbulun qərbində Qara dəniz ilə Mərmərə dənizi arasında yeni bir su kanalı açılacaq və bununla da İstanbul boğazının yükü əhəmiyyətli dərəcədə azalacaq. Bununla da əslində ortaya yeni bir ada çıxacaq. İstanbul boğazı və İstanbul su kanalı arasındakı bu ada Türkiyənin ən böyük və ən çox insanın məskunlaşdığı adası olacaq. Hazırda sahəsi 5 min 700 kvadrat kilometr olan İstanbulun ərazisində yaradılacaq bu adanın sahəsi 2 min kvadrat kilometr olacaq. Bu ərazidə 10 milyon insan yaşayır. Adada İstanbulun 24 rayonu yer alacaq.