Wn/az/Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 459 nəfərə çatıb

< Wn‎ | az
Wn > az > Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 459 nəfərə çatıb


27 oktyabr 2011, Cümə axşamı

Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində xilasedici dəstələr bazar günü 459 nəfərin ölümünə və 1300 nəfərin yaralanmasına səbəb olan dəhşətli zəlzələdən sağ qalanların axtarışına davam edirlər. Çərşənbə günü xilasedici dəstələr dağılmış binanın altından 27 yaşlı qadını çıxara biliblər. Lakin rəsmilər hələ də dağıntılar altında qalmış yüzlərlə, hətta minlərlə insanın xilas olunma şansının azaldığını deyib. Bazar günü 7.2 bal gücündə baş vermiş zəlzələ minlərlə insanı evsiz qoyub.

Mənbə edit


Əlaqəli xəbər edit