1 mart 2012, Cümə axşamı Bu gün Türkiyə rəsmiləri uzaqdan idarə olunan bombanın hakim partiyanın İstanbul ofisi yaxınlığında partladıldığını deyib. Hadisə zamanı azı 16 nəfər xəsarət alıb. Onların əksəriyyəti polis zabiti olub. Polis rəisi Hüseyin Çapqın bildirib ki, bu gün səhər yol kənarında park edilmiş motosikletə bərkidilmiş partlayıcı qurğu yaxınlığından 21 polis zabitini daşıyan avtobus keçən an işə salınıb. Dövlət televiziyası təcili tibbi yardım və yanğınsöndürən maşınların hadisə yerinə gedən görüntülərini nümayiş etdirib. Partlayış polis avtobusu və yaxınlıqdakı avtomobillərə zərər yetirib. Partlayışın məsuliyyətini heç kim üzərinə götürməyib. Lakin PKK üsyançılarından şübhələnilir.
Türkiyə xəbərləri
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 17 February 2025: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
Türkiyənin yerləşdiyi ərazi