Wn/az/Türkiyə Prezidentinin arxivində olan Hürrəm Sultanın Qanuni Sultan Süleymana yazdığı məhəbbət məktubları ictimaiyyətə açıqlanıb
15 fevral 2019, Cümə
- 4 July 2022: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 15 August 2019: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 2 July 2019: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 7 May 2019: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 7 May 2019: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
Türkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Sultan Süleymana məhəbbət məktubları ictimaiyyətə açıqlanıb. Məktublarda böyük eşq və həsrət hissləri dərin ədəbi üslubla öz əksini tapıb. Hürrəm Sultanının 1526-cı ildə əri Qanuni Sultan Süleymana göndərdiyi məktublar Osmanlı dövrünün tarixi ilə maraqlananlar və tədqiqatçılar üçün əvəzsiz mənbədir. Eyni zamanda, bu namələr dövrünün ən gözəl nəsr və nəzm nümunələri hesab oluna bilər. Məktub aşağıdakı lirik sözlərlə başlayır: "Sultanım, padşahım! Məhəbbət bağını andıran gözəl çöhrənizin çiçəkləri ilə bəzənmiş dualarımı və gözlərinizin insanı cuşa gətirən şərabı ilə dolub-daşan hisslərimi səhər vaxtı həsrət guşəsində ah çəkənlər və gecələr ayrılıq diyarında inləyənlərlə birgə səadət ulduzum olan Sultanımın hüzuruna ithaf edirəm".
Ukrayna mənşəli olan Hürrəm Sultanın Osmanlı türkcəsində yazılmış təşbihlərinı heyrətsiz oxumaq mümkün deyil: "Mən Allahın yaratdığı Kainatda qaib olmuş birisiyəm. Ömrümün baharını sizin mücəvhər qutusunun bir incisi kimi mühafizəniz altında yaşadım. Həsrət acısı ilə yanıb-tutuşan və çəkdiyi iztirablar üzündən pərişan olan bu çarəsiz qulunuzun dəyərsiz sızlamalarını qəbul edin. Sizin yanınızda olmaqdan duyduğum xoşbəxtlik hisslərini anlatmağa qələmlər yetməz. Bu xatirələrin sayəsində bir az da olsa təsəlli tapıram. Əsən küləklər çəkdiyim acıları sizə çatdırsa, o zaman anlarsınız ki, qulunuzun vəziyyəti fəryad edən bülbül kimidir".
Arxiv İdarəsi Hürrəm Sultanın "göz yaşları ilə islanmış libasımı sizə göndərdim" sözləri ilə başlayan məktubu, Qanuni Sultan Süleyman dövrünün ən görkəmli şəxsiyyətlərindən biri, tarixdə "Parqalı" ləqəbi ilə qalmış İbrahim paşanın xanımı Xədicə Sultana yazdığı poetik namələri də ictimaiyyətlə bölüşüb. Sədr-əzəm İbrahim paşanın Avropa ölkələrinin fəthi və Təbriz yaxınlarından göndərdiyi məktublar isə tarixçilər üçün yeni mənbə olacaq.
Mənbə
edit- Əsrlər sonra açıqlandı: Hürrəm Sultanın məktubları — Bizimyol.info, 15 fevral 2019