Wn/az/Qətər 2019 və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək
4 iyun 2019, Çərşənbə axşamı
2019 və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Növbəti iki turnir Qətərdə təşkil olunacaq. Yarışlar 2022-ci il ölkədə keçiriləcək dünya çempionatına hazırlıqların bir hissəsi olacaq. 2017 və 2018-ci ildəki mundial BƏƏ-də keçirilib. Klublararası dünya çempionatı hər ilin dekabrında 7 komandanın iştirakı ilə təşkil olunur.
FIFA mart ayında turnirin formatını dəyişib. 2021-ci ildən iştirakçıların sayı 7-dən 24-dək artacaq. Onlardan 8-i UEFA, 6-sı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), hər biri üç təmsilçi olmaqla, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Afrika Futbol Konfederasiyası (CAF) və Asiya Futbol Konfederasiyasını (AFC), bir komanda isə Okeaniya Futbol Konfederasiyasını (OFC) təmsil edəcək. Yeni formata görə turnir hər 4 ildən bir yay aylarında baş tutacaq.